Polşanın Kalininqraddakı Konsulluğu fəaliyyətini dayandırıb və avqustun 26-da təntənəli bağlanış mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, dövlət qurumu bu barədə öz saytında məlumat yayıb. Tədbirdə Polşanın Rusiyadakı səfiri və Kalininqraddakı konsul, həmçinin Litva Respublikasının baş konsulu Aušra Çerneviçiene, Polşa ictimaiyyətinin nümayəndələri və Kalininqrad vilayətində xidmət edən ruhanilərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, mayın ortalarında Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması barədə qərarı açıqlamışdı.
DOĞRU.AZ