image-n1karobka_ads
image-123
image-b71ffe44-f574-4edd-85c5-04c5705851e0_450backend

Prezident İlham Əliyevdən Türkiyə millisinə dəstək paylaşımı – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyev Avro-2024-ün 1/4 final mərhələsində bu gün Niderlandla qarşılaşacaq Türkiyə millisinə uğurlar arzu edib.

Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm!

Yaşasın Türk dünyası!”

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki