Qeyri-qanuni miqrasiya bir çox hallarda ekstremist fəaliyyət və cinayət əməlləri üçün zəmindir.
Kremlin rəsmi saytı xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı aprelin 2-də Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında iştirak edib. Görüş zamanı o, ekstremist fəaliyyətin istənilən təzahürlərinə qarşı mübarizənin zəruriliyinə diqqət çəkib.
“Bilirsiniz ki, bu cür ekstremist fəaliyyətlər və sadəcə olaraq açıq cinayətkarlıq üçün şərait bir çox hallarda qeyri-qanuni miqrasiyadır”, – Rusiya lideri əlavə edib.
Bundan əlavə, o, Rusiya Daxili İşlər Nazirliyini ictimai asayişin təmin edilməsinə və qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırıb. Eyni zamanda, müvafiq idarə ölkədə mütəşəkkil cinayətkarlığın zərərsizləşdirilməsinə diqqət yetirməlidir, deyə Putin vurğulayıb.
Mənbə: Lenta.ru