image-2000x150px
image-123
image-ads_atlas
image-owl_detail_240_947df7aa32c16b8f4befed216b3b4d92backend

Putin İtaliyanın eks-prezidentinin vəfatı ilə bağlı başsağlığı verib

image-728x90px

Rusiya prezidenti Vladimir Putin 98 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş lideri Giorgio Napolitanonun vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə Kremlin saytında məlumat verilib.

Putin İtaliyanın hazırkı prezidenti Sercio Mattarellaya teleqram göndərib. Orada o, mərhum Napolitanonu görkəmli dövlət xadimi və İtaliyanın əsl vətənpərvəri kimi təsvir edib. Putin Napolitanonun gəncliyində Müqavimət sıralarında faşizmə qarşı vuruşduğunu da xatırladıb.

“Mənə bir neçə dəfə bu gözəl insanla ünsiyyət qurmaq nəsib olub və onun əziz xatirəsini əbədi olaraq qoruyacağam. Sizdən mərhumun ailəsinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərini çatdırmağınızı xahiş edirəm”, – Putin yazıb.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki