image-2000x150px
image-123
image-ads_atlas
image-1646033950_1774498220_0_0_3084_1735_1920x0_80_0_0_e797ea21054a3e141126d6d7fa15155ebackend

Putin prezident kürsüsünü tərk edir? – “Müharibəni uduzsa, başqa yolu qalmır”

image-728x90px

“Rusiya Ukraynada məğlub olarsa, Putin növbəti seçkilərdə iştirak etməyəcək”. 

Bunu Gundem.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert Kremlə yeni komandanın gələ biləcəyini vurğulayıb:

“Putinin komandası məğlub olarsa, varis nəzərdə tutulan məsələsinə imkan verilməyə bilər. Kremldə yeni komanda iş başına keçərək Qərblə anlaşmaya gedə bilər. Belarusda baş tutacaq Ukrayna və Rusiya danışıqlarının müsbət nəticələnməsi gözlənmilir. Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi real görünmür. Çünki NATO və Avropa dövlətləri bundan sonra Ukraynaya müxtəlif növ silahlar və həmin silahları istifadə edəcək peşəkar hərbçilər göndərir”. 

Politoloq Rusiyanın müharibəni sonlandırmayacağı təqdirdə, ağır vəziyyətlə üz-üzə qalmaqda davam edəcəyini deyib:

“Rusiya üçün geri sayım başlayır. Hər gün Ukraynada itkilərin olması siyasi məğlubiyyətdir. Ukraynanın Belarusda danışıqlara getməsi Kiyevin güzəşti sayıla bilər. Rusiya güzəştə getməyəcəksə, ordusunu bu ölkədən çıxarmasa, ağır durumla üzləşməsi davam edəcək. 

Ukrayna əlini gücləndirərək, Ona görə də hazırda hərbi-siyasi və psixoloji üstünlük Ukrayna tərəfdədir və danışıqlarda Kiyev bəzi şərtləri irəli sürəcək”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki