Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində bir sıra dövlət başçıları ilə qısa söhbətlər edib.
Doğru.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubinə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin Tacikistan Prezidenti Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qısa danışıb. Peskov bildirib: “Biz Tacikistan Prezidenti ilə danışdıq və Özbəkistan Prezidenti ilə söz mübadiləsi apardıq, baxmayaraq ki, Pekində ayrıca ikitərəfli görüş planlaşdırılır”.
Bundan başqa, Rusiya lideri Pakistanın Baş naziri Şahbaz Şəriflə də qısa söhbət aparıb.
Xatırladaq ki, daha əvvəl Putin Çində keçirilən ŞƏT sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Hindistanın Baş naziri Narendra Modi ilə görüşmüşdü.
DOĞRU.AZ