image-ads_n1karobka_mobile
image-17217137331297511539_1200x630backend

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr məhv edilib – FOTO

image-add-a-heading

İyulun 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin məhv edilməsi prosesi həyata keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Doğru.az-a bildirilib ki, tədbir zamanı müxtəlif xassəli 247 kiloqram 785,761 qram narkotik vasitə (211 kq 690,27 qram həşiş qətranı,19 kq 934,25 qram tiryək, 11 kq 860 qram marixuana, 4 kq 301,241 qram heroin) məhv edilməsi üçün komissiya üzvlərinə təqdim edilib.

DOĞRU.AZ

image-17217137333474564809_1200x630image-1721713733480016754_1200x630 image-17217137333669935547_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki