image-n1karobka_ads
image-123
image-1766738409_1backend

Qar yağacaq, yollar buz bağlayacaq – 30 dekabr

image-ad_qayo_720x110px

Dekabrın 30-da Azərbaycanda hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 751-761 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə qar və ya yağış yağacağı, səhər tədricən yağışın kəsiləcəyi proqnozlaşdırılır. Gündüz əsasən hava yağmursuz olacaq. Gecə və səhər duman müşahidə ediləcək, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, bəzi yerlərdə 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlıq ərazilərdə gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 11-15 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki