image-2000x150px
image-123
image-ads_atlas
image-332364489_901300694345854_3885279956937315477_nbackend

“Qarabağ” rəqibindən nə ilə geri qaldı? – STATİSTİKA

image-728x90px

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə Belçikanın “Gent” klubuna uduzaraq (0:1, penaltilər – 3:5), mübarizəni dayandırıb.

Azərbaycan təmsilçisi əksər statistik göstəricilərdə də rəqibindən geri qalıb.

Topa yiyələnmədə belçikalılar 53:47 üstün olub. Rəqibin 55 hücumuna “Qarabağ” 50-si ilə cavab verib. Qapıya zərbələrdə də meydan sahibləri təmsilçimizi üstələyib – 11:8.

“Qarabağ” futbolçularının 420 ötürməsindən 303-ü dəqiq olubsa (72 faiz), “Gent”in üzvləri 554 cəhdin 407-də topu ünvana çatdırmağı bacarıb (73 faiz).

Hər iki tərəf 7 künc zərbəsi yerinə yetirib. Sarı vərəqələrin də sayı bərabər olub – 3:3.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki