image-n1karobka_ads
image-123
image-shash2-pic_32ratio_1200x800-1200x800-72303backend

Qastroenteroloq həddindən artıq kabab yeməyin sağlamlıq fəsadlarından danışıb

Lyubertsı Regional Xəstəxanasının qastroenteroloqu Kalimat Baqatova kababın həddindən artıq istehlakının sağlamlığa mənfi təsirlərindən danışıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Bağatovanın sözlərinə görə, odda bişmiş ətin ölçüdə yeyilməsinin heç bir zərəri yoxdur. Həddindən artıq yemək qarnın yuxarı hissəsində ürəkbulanma və ağrıya səbəb ola bilər. Bu əlamətlər kababın çoxlu ədviyyatlar, otlar və əlavələr əsasında hazırlanması ilə əlaqədar yaranır ki, bu da mədənin qıcıqlanmasına və onda xoşagəlməz hisslərin yaranmasına səbəb olur: ürək yanması, gəyirmə, ürəkbulanma, ağrı.

Bundan əvvəl dietoloq Antonina Starodubova xəbərdarlıq etmişdi ki, qırmızı ət həftədə iki dəfədən çox olmamalıdır.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki