Qax Dövlət Kukla Teatrı Yeni il bayramı münasibətilə uşaqlar üçün əyləncəli tamaşa-kompozisiya hazırlayıb.
Bu barədə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib. Onun quruluş verdiyi bayram proqramının rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir.
Proqramın əvvəlində Şaxta baba və Qar qız uşaqları Yeni il münasibətilə təbrik edəcək, onlarla birgə rəqs edib əylənəcəklər. Daha sonra uşaqlar italyan yazıçısı Karlo Kollodinin “Pinokionun sərgüzəştləri” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxacaqlar. Tamaşanın məşqləri artıq başa çatıb və yaxın günlərdə ictimai baxış keçiriləcək.
Baş rejissorun sözlərinə görə, teatrda Yeni il şənlikləri 28–30 dekabrda və 1–5 yanvar tarixlərində davam edəcək.
DOĞRU.AZ




























