image-n1karobka_ads
image-123
image-17165513842261661469_1200x630backend

Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı ucaldılıb – FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub.

AZƏRTAC Azərbaycan Bayrağının qaldırılmasına dair videogörüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub.

Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

DOĞRU.AZ

image-1716551384802364613_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki