image-n1karobka_ads
image-123
image-17660753375404516088_1200x630backend

Qazaxda “Simurq quşu” tamaşası

image-ad_qayo_720x110px

Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibətilə onun “Simurq quşu” hekayəsi əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib.

Doğru.az xəbər verir ki, tamaşa teatrın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında səhnələşdirilib. Quruluşçu rejissor Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssam Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Gülüstan Mustafayevadır. Səhnə əsərində rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev və Kamil Məmmədov canlandırıblar.

Tamaşanı Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının nümayəndələri izləyiblər.

Qeyd edək ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biridir. Dərin ictimai və mənəvi məzmunlu hekayə, roman və film ssenariləri ilə ədəbi prosesdə mühüm iz qoyan yazıçı 1960–70-ci illərdə milli nəsrin yeni mərhələyə keçməsində xüsusi rol oynayıb. Onun “Qətl günü” romanı təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki