image-ads_n1karobka_mobile
image-6874aedd02e8bd08ab140d6abackend

Qazaxıstanda korrupsiya idarəsinin sabiq rəhbəri işgəncə işi üzrə həbs olunub

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun keçmiş rəhbəri Talqat Tatubayev barəsində həbs qərarı verilib.

Doğru.az xəbər verir ki, bu barədə TASS agentliyi KazTAG-a istinadla məlumat yayıb. Bildirilir ki, Tatubayev işgəncə işi ilə bağlı istintaq çərçivəsində saxlanılıb və məhkəmənin qərarı ilə ilkin olaraq 2 ay müddətinə həbs edilib.

Qeyd edək ki, bu ilin mart ayında Almatıda üç polis əməkdaşı məhbuslara qarşı işgəncə verməkdə təqsirli bilinərək məhkəmə qarşısında cavab vermişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki