image-2000x150px
image-123
image-ads_atlas
image-kazaxstan_flag_newbackend

Qazaxıstanda prezident seçkisi: sürpriz gözlənilmir

image-728x90px

“Qarşıdakı president seçkilərində heç bir sürpriz gözlənilmir, çünki müxalif cəbhənin vahid namizədi yoxdur”.

Bu sözləri yerli mediaya müsahibəsində ölkənin tanınmış politoloqu Daniyar Aşimbayev deyib.

Aşimbayevin fikrincə, dövlət başçısı postuna seçkiqabağı kampaniya yenicə start götürüb, buna görə potensial namizədlərin adlarını açıqlamaq hələlik çətindir.

“Sadəcə ölkənin fəaliyyətdə olan partiyalarından heç birinin Tokayevlə seçki marafonuna girə biləcək namizədi yoxdur. İndiki prezidentə rəqib ola biləcək güclü namizədi yalnız iqtidar partiyası irəli sürə bilər, amma adətən belələri seçkiyə qatılmır. “Ayıl” Partiyası qarşıdakı seçkilərdə “simvolik” olaraq iştirak edəcək və onların namizədi Jiquli Dayrabayevə elektoratın olduqca cüzi hissəsi səslərini verəcək”.

Rəsmi qeydiyyata alınmamış “El Tireqi” (elin dirəyi) Partiyasının lideri Nurjan Altayevin seçkilərdə namizədliyini irəli sürə biləcəyini söyləyən politoloq qeyd edib ki, özünün populist şüarlarına baxmayaraq, bu adam qazaxlar arasında xüsusi populyarlığa mailk deyil: “Onu az-çox Astanada və ölkənin cənubunda tanıyırlar. Bu mənada “Nurjan Altayev amili” ciddi qəbul olunmur və onun seçkidə qalib gəlmək şansı sıfıra bərabərdir”.

Daniyar Aşimbayev hesab edir ki, yüksək çinli sabiqlər – Dariqa Nazarbayeva, Nurlan Niqmatulin, Askar Mamin və İmanqali Tasmaqambetovun siyasi karyeraları başa çatmasa da, seçkiyə qatılacağı gözənilmir: “Onlar gözləmə rejiminə keçiblər. Müəyyən vaxtdan sonra fəallaşacaqlar, amma indi yox”.

Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri cari ilin noyabrın 20-də keçiriləcək. Ölkə başçsı postuna namizədlərin irəli sürülməsi və qeydiyyatı proseduru oktyabrın 11-i başa çatır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki