image-n1karobka_ads
image-123
image-1752074584100052044_1200x630backend

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı start götürür.

Doğru.az xəbər verir ki, bu il festival dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub. Tədbirin açılışı da məhz Üzeyir bəyin “Cəngi” əsəri ilə olacaq.

Festival çərçivəsində Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də qeyd ediləcək. İyulun 29-dək davam edəcək tədbirdə müxtəlif ölkələrdən tanınmış musiqiçilər və gənc istedadlar səhnə alacaq.

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası körpü rolunu oynayır və musiqisevərlərə unudulmaz anlar bəxş edir. Qeyd edək ki, konsertlərə giriş sərbəstdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki