image-n1karobka_ads
image-123
image-17533388684345630834_1200x630backend

Qəbələdə beynəlxalq musiqi bayramı başlayır

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə bu gün – iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.

Doğru.az xəbər verir ki, festival iyulun 29-dək davam edəcək və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub. Proqrama əsasən, bu axşam saat 19:00-da (Qafqaz Resort) təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu və tanınmış ifaçılar geniş konsert proqramı ilə çıxış edəcəklər.

Tədbir çərçivəsində, həmçinin Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də xüsusi proqramlarla qeyd olunacaq. Festivalda yerli və xarici ifaçılar, o cümlədən “Mercadonegro” (Latın Amerikası), Tbilisi Big Band (Gürcüstan), “Ciurlionis” kvarteti (Litva) və bir çox kollektivlər çıxış edəcək.

İzləyiciləri musiqi dolu beş gün gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki