On illərdir “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsində elektrik sahəsində çalışan briqadir Aqşin Dadaşoğlu eyni zamanda istedadlı qələm sahibi kimi tanınır. O, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısında Aqşin Dadaşoğlu qurumun baş katibi seçilib.
Məclisdən bildirilib ki, əsası 1960-cı ildə qoyulan və bu ilin mayında 65 illik yubileyini qeyd edən “Ulduzlar” ədəbi platforma kimi həm rayonda, həm də ölkə miqyasında tanınır.
Doğru.az xəbər verir ki, artan fəaliyyət və təşkilati ehtiyaclarla əlaqədar struktur dəyişikliyinə gedilib, baş katib vəzifəsi təsis olunub və bu vəzifəyə məhz Aqşin Dadaşoğlu seçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Aqşin Dadaşoğlu bildirib ki, “Ulduzlar”ın inkişafına töhfə vermək üçün əlindən gələni edəcək.
DOĞRU.AZ