image-2000x150px
image-123
image-ads_atlas
image-1618990512_176371937_1087947318366754_8748607920321714901_nbackend

Qənirə Paşayeva gənclərlə onlayn görüş keçirib

image-728x90px
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Gənclər və İdman Nazirliyinin “Armudu” – Gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı olub.
Doğru.az xəbər verir ki, komitə sədri Qənirə Paşayeva gənclərlə görüşdən məmnunluğunu ifadə edib. Gəncləri ölkəmizin sabahı, yeni uğurlarımızın memarları kimi xarakterizə edən Q.Paşayeva əsas diqqəti Vətən Müharibəsinə yönldib, gənclərimizin çoxsaylı qəhrəmanlıqlarından söz açıb.
Onlayn görüş iştirakçılarının  suallarını cavablandıran Komitə sədri, 44 günlük müharibədə qazanılan tarixi zəfəri, böyük ölçüdə məhz gənc nəslin fədakarlığı, uğuru kimi şərh edib. Q.Paşayeva şəhidləri bir daha ehtiramla yad edərək, yaralı qazilərimizə şəfalar diləyib.
“Gənclər dövlət başçımızın müəyyənləşdirdiyi yeni hədəflərə hazır olmalıdır. Bununçün vətənpərvərliklə yanaşı, yaxşı təhsil almaq, biliklərə yiyələnmək, sağlam bədəndə sağlam ruh bəsləmək gərəkdir.” – Komitə sədri vurğulayıb.
Təşkilatçılar və iştirakçılar səmimi görüş, fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki