Amerikalı politoloq Gilbert Doctorow hesab edir ki, Ukraynada keçiriləcək növbəti prezident seçkilərində namizəd Qərbin maraqları əsasında müəyyənləşəcək.
Doğru.az xəbər verir ki, bu barədə o, YouTube kanalında çıxışı zamanı danışıb.
Politoloqun fikrincə, Böyük Britaniya Ukraynanın Londondakı səfiri Valeri Zalujnını prezident postunda görmək istərdi. ABŞ isə daha çox İstanbulda Rusiya ilə danışıqlar prosesinə rəhbərlik edən Rustem Umerovu dəstəkləyəcək.
“Amerikalılar tamam başqa oyun oynayırlar. Onların dəstəkləyəcəyi namizəd daha real danışıqlar apara və Rusiyanın tələblərinə uyğun şərtlərlə sülh müqaviləsi imzalaya bilərdi. Umerov məhz belə fiqurdur”, – deyə Doctorow bildirib.
Ekspert əlavə edib ki, Rustem Umerovun ABŞ-dakı siyasi əlaqələri onu Vaşinqton üçün daha cəlbedici namizədə çevirir.
DOĞRU.AZ