Qərbi Azərbaycanın zəngin mədəni irsini və tarixi ənənələrini müasir simada təqdim edən “Qərbi Azərbaycan Təravəti” brendinə məxsus yeni mağaza açıldı. Mağazada qədim naxış və milli sənətkarlıq ənənələrini əks etdirən premium məhsullar təqdim olunur və satışa çıxarılıb.
Layihənin əsas məqsədi, milli irsi qoruyaraq onu müasir dövrün tələblərinə uyğun təqdim etmək və beynəlxalq bazarlarda tanıtmaqdır. Bu təşəbbüs, ənənəvi sənətkarlığı müasir istehsal texnologiyaları ilə birləşdirərək həm iqtisadi inkişafı təmin edir, həm də Qərbi Azərbaycanın mədəni irsini dünya səviyyəsində tanıdır.
Qərbi Azərbaycan zəngin xalçaçılıq ənənələri, qədim sənətkarlıq texnikaları və təbii sərvətləri ilə tarixən fərqlənib. Layihə bu dəyərləri müasir istehsal metodları ilə birləşdirərək həm yerli, həm də beynəlxalq bazarlarda prestijli brend yaratmağı hədəfləyir.
Yeni mağaza Nərimanov rayonu, Mirzə Qədim İrəvani küçəsində fəaliyyətə başlayıb.
DOĞRU.AZ