Qəzza zolağında 640 min uşağın iflic xəstəliyinə qarşı peyvənd edilməsi kampaniyası başlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Associated Press yazır.
“Qəzzanın yollarının böyük ölçüdə dağıdılması, xəstəxanalara ciddi ziyan dəyməsi və əhalinin təcrid olunmuş ərazilərə səpələnməsi ilə peyvənd səyləri asan olmayacaq” dedi.
ÜST-nin məlumatına görə, kampaniya on yaşa qədər 640 min uşağa şamil edilir.
Artıq Qəzza zolağına 1,3 milyon dozaya yaxın vaksinin gəldiyi bildirilir. Yaxın gələcəkdə 400 min dozadan ibarət daha bir partiyanın gəlməsi gözlənilir.
Bundan əvvəl məlum olub ki, BMT Qəzza zolağında poliomielit xəstəliyinə qarşı peyvəndin aparılacağı 11 tibb mərkəzini fəaliyyət göstərməyə hazırlayır.
DOĞRU.AZ