image-n1karobka_ads
image-123
image-66abaf18ae5ac956c5430f62backend

Qəzzada məktəbə endirilən zərbə nəticəsində azı on nəfər həlak olub

İsrail ordusunun Qəzza şəhərində məktəb binasını vurması nəticəsində azı on nəfər həlak olub.

Bu barədə RİA Novosti xəbər verir.

Fələstinin Qəzzadakı mülki müdafiə nümayəndəsi Mahmud Basalın sözlərinə görə, “Məktəb binası tamamilə dağıdılıb”.

Hücum Şacaiya rayonunda məktəbə düşüb. Mahmud Basalın sözlərinə görə, məktəbin ərazisi müvəqqəti olaraq köçkünlərin yerləşdirilməsi üçün istifadə edilib. İnsanlar dağıntılar altında qalıb.

Daha əvvəl bildirilmişdi ki, Qəzza zolağına endirilən zərbə nəticəsində Əl-Cəzirə telekanalının müxbiri və operatoru həlak olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki