image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-23backend

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

image-728x90px

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il iyunun 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur” – qeyd edilir.

Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi.

Nazirliyin məlumatına görə, sərhədçilərlə atışmalara səbəb Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz daxil olması və ölkə ərazisini tərk etmək tələblərinə məhəl qoymamaları olub.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki