image-2000x150px
image-123
image-ads_atlas
image-ria_3149368-pic_32ratio_900x600-900x600-90381backend

Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırıb

image-728x90px

Qırğızıstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyada tətbiq edilən gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən müvəqqəti olaraq Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.

RİA Novosti bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan vətəndaşlara müvəqqəti olaraq onun ərazisinə getməkdən çəkinməyi tövsiyə edir…”, – məlumatda deyilir.

Qırğızıstan vətəndaşlarına əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət götürülənə qədər Rusiya Federasiyasına getməmək tövsiyə olunur.

Qeyd olunur ki, bu, “Krokus Siti Holl”da baş vermiş terror aktı və Rusiya Federasiyasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır.

Mənbə: RİA  Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki