Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət başçısının fərmanı ilə bütün dövlət mükafatlarından məhrum olunub.
Doğru.az xəbər verir ki, müvafiq fərman Qırğızıstan Prezidenti Sadir Japarov tərəfindən imzalanıb. Sənədə əsasən, Atambayev respublikanın ən ali mükafatı olan “Qırğız Respublikasının Batırısı” adı, II dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalından məhrum edilib.
Qeyd edək ki, Almazbek Atambayev bu ilin yayında 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra o, beynəlxalq məhkəmə qarşısına çıxmağa hazır olduğunu bəyan etmişdi.
DOĞRU.AZ




























