image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-10-19t111919-517backend

Qırğızıstanlı nazir: “Üçüncü hakim olmadan Tacikistanla münaqişə dayanmayacaq”

image-728x90px

Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli hissələrinə KTMT sülhməramlı kontingentinin yerləşdirilməsini təklif edir.

Bu barədə nazir mətbuat konfransı zamanı bildirib.

Bekbolotovun sözlərinə görə, o, bu yaxınlarda KTMT-nin Baş katibi Stanislav Zas ilə görüşüb və onlar bu məsələni müzakirə ediblər.

“KTMT rəhbərinə dedim ki, bizimlə Tacikistan arasında sülh olmayacaq. Hər kəsin öz doğruları var. Üçüncü hakim olmadan münaqişə dayanmayacaq. Sərhədin mübahisəli hissələrində KTMT-nin kiçik kontingentinin olması bir neçə problemi həll edə bilər. Məsələn, atəşkəs rejiminə və ağır texnikanın sərhəddən çıxarılmasına nəzarət edilməsi mümkün ola bilər. Bundan sonra isə  vəziyyəti siyasi səviyyədə həll etmək olar”, – deyə Müdafiə Nazirliyinin rəhbəri açıqlayıb.

Nazir əlavə edib ki, Özbəkistanla razılaşma ətrafında vəziyyəti qarışdırmağa çalışanlar var.

“Qonşularla münasibətləri yaxşılaşdırmaq mümkündür. Özbəkistanla sərhədlərin delimitasiyası məsələsi həll olunur. Amma cəmiyyətdə ayrı-ayrı fərdlər “tərpənməyə” başlayır. Bizə sabitliyin pozulması lazım deyil”, – deyə o, fikrini yekunlaşdırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki