image-ads_n1karobka_mobile
image-img-20260313-wa0249backend

Qiymətləndiricilər Cəmiyyətində geniş tərkibli iclas keçirildi – FOTO

image-add-a-heading

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Doğru.az xəbər verir ki, iclasda AQC İdarə Heyətinin sədri Vüqar Orucun qurumun fəaliyyəti və gələcək hədəfləri barədə hesabatı dinlənilib və görülən işlər İdarə Heyəti tərəfindən qənaətbəxş qiymətləndirilib.

Tədbirdə AQC üzvlüyünə müraciətlərə baxılıb və tanınmış ekspertlər Elnur Fərzəliyev ilə Şaiq Əliyev cəmiyyətə üzv qəbul olunublar. Həmçinin müxtəlif sahələr üzrə fəaliyyətin koordinasiyasını gücləndirmək məqsədilə komissiyaların yaradılması və koordinatorların təyin olunması qərara alınıb. Bu çərçivədə İctimai birliklər və QHT sektoru üzrə Fatimə Həsənzadə, daşınmaz əmlak sektoru üzrə Şaiq Əliyev, tikinti sektoru üzrə isə Elnur Fərzəliyev koordinator təyin ediliblər.

İclas zamanı AQC-nin Nəzarət-Təftiş Komissiyasına yeni üzv seçilib. İdarə Heyətinin qərarı ilə İltifat Hüseynov komissiyanın üzvü olub.

Görüşdə həmçinin beynəlxalq əməkdaşlıq, Beynəlxalq və Milli Qiymətləndirmə Standartları istiqamətində görülən işlər müzakirə edilib və bu sahədə fəaliyyətin davam etdirildiyi bildirilib.

Müzakirələr zamanı AQC-nin həyata keçirdiyi layihələr, təlimlər və proqramlar barədə də məlumat verilib. Qeyd olunub ki, bir sıra beynəlxalq və yerli qrant layihələrinə müraciətlər edilib, eyni zamanda Dövlət İmtahan Mərkəzinin keçirəcəyi peşə ixtisası imtahanlarına hazırlaşanlar üçün təlim kursları davam edir. Yaxın günlərdə ESG istiqamətli seminar və təlimlərin təşkili də planlaşdırılır.

Tədbirdə “Qiymətləndirmə və iqtisadiyyat” jurnalının fəaliyyəti ilə bağlı jurnalın redaktoru, AQC sədrinin müavini, UNEC dosenti İbrahim Quliyev çıxış edib. Bundan əlavə, AQC-nin yenilənmiş saytı və təbliğat işləri barədə qurumun İctimai əlaqələr departamentinin rəhbəri Orxan Əli məlumat verib.

Sonda iştirakçılar cari məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-img-20260313-wa0227 image-img-20260313-wa0226 image-img-20260313-wa0225 image-img-20260313-wa0233 image-img-20260313-wa0235 image-img-20260313-wa0234 image-img-20260313-wa0236


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki