image-ads_n1karobka_mobile
image-jqj8qsnlbocp15ties8h8w4osmhpxhwsr9mglhyi_1200backend

Qızıldaşda bağça qalmaqalı – qanunsuz fəaliyyət üzə çıxdı

image-add-a-heading

Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən Qızıldaş Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Eliza School” tədris mərkəzinin qanunsuz olaraq fəaliyyət göstərdiyi üzə çıxıb.

Həmin binada uşaq bağçası təşkil olunması ilə bağlı dərc olunan yazıdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qızıldaş Mədəniyyət Mərkəzi ilə hər hansı idarə və ya tədris mərkəzi arasında rəsmi icarə müqaviləsi mövcud deyil.

Bu isə dövlət əmlakının qanunsuz şəkildə istifadəyə verilməsi və fəaliyyət göstərən tədris mərkəzindən gələn maliyyə dövriyyəsinin hara getdiyi ilə  bağlı suallar yaradır.

Qeyd edək ki, Mədəniyyət Nazirliyindən Yurd.Media-ya bildirilmişdi ki, “Eliza School” tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə “Erkən inkişaf” kursu təşkil olunub.

Xatırladaq ki, baxçanın fəaliyyəti barədə məlumat verən valideynlər qeyd edir ki, hər uşaq üçün aylıq ödəniş 50 manat təşkil edir. Saat 08:30-dan 13:30-dək fəaliyyət göstərən bağçada hazırda 30-a yaxın uşaq saxlanılır. Uşaqlara yemək evdən hazır qoyulur. Mədəniyyət mərkəzində çarpayılar mövcud olmadığından yatmaq istəyən azyaşlılar üçün döşəmədə yer salınır.

Məlumata görə, ötən il həmin ünvanda fəaliyyət daha geniş olub – bağça saat 09:00-dan 17:00-dək işləyib, uşaqlara nahar verilib və onlar gün ərzində orada saxlanılıblar. Lakin vətəndaş şikayətindən sonra yemək verilməsi dayandırılıb, iş saatı azaldılıb və aylıq ödəniş 100 manatdan 50 manata endirilib.

Məsələ ictimailəşəndən dərhal sonra “Eliza School” tədris mərkəzinin rəsmi sosial şəbəkə hesablarında bağça fəaliyyəti ilə bağlı paylaşılan video və foto materialların silindiyi aşkarlanıb.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki