image-ads_n1karobka_mobile
image-17242419544528844707_1200x630backend

Qobu qəsəbəsində saxlanılan şəxsdən 2 kiloqram narkotik vasitə aşkarlanıb – FOTO

image-add-a-heading

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, bölməyə 1980-ci il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub.

Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə – heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ image-1724241954323818517_1200x630image-1724241954145568829_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki