image-n1karobka_ads
image-123
image-17228444026377761125_1200x630backend

Quru Qoşunlarında təlim davam edir: Tapşırıqlar yüksək dəqiqliklə icra olunub

image-ad_qayo_720x110px

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.

Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki