image-n1karobka_ads
image-123
image-17247402323183350716_1200x630backend

Qusarçay üzərindəki körpüdə aparılan bərpa işləri yekunlaşıb

image-ad_qayo_720x110px

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri yekunlaşıb.

AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a bildirilib ki, aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib. Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işləri aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib.

Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasiləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki