image-2000x150px
image-123
image-ads_atlas
image-333305273_246829737774231_7547157350966372644_nbackend

Rafael Fiziyev Geyci ilə döyüşdə istifadə edəcəyi taktikadan danışdı: “Onu ya boğacağam, ya da…” – MÜSAHİBƏ

image-728x90px

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev martın 18-də Londonda UFC reytinqində ən güclü üç idmançıdan biri olan Castin Geyci ilə döyüşəcək.

Rusiyanın məşhur “Matç TV” kanalı böyük maraqla gözlənilən bu döyüş haqqında Fiziyevdən müsahibə götürüb.

– İlk dəfə olaraq çox sərt rəqiblə döyüşəcəksiniz, onun güləş bacarıqları çox yüksəkdir, buna rəğmən, o, rəqibini ayaq üstə məğlub etməyə üstünlük verir. Necə düşünürsünüz, o sizin ayaq üstə dəqiq zərbələr endirdiyinizi görüb, güləşməyə üstünlük verə bilər?

– Əgər güləşmək qərarı versə, mən onu ya boğacağam, yaxud da güləşərək ona qalib gələcəyəm.

– Castin Geyci ilə döyüşə hazırlaşarkən kimlərlə məşq etmisiniz?

– İlya Freymanov və Viktor Kolesnik ilə çox işləmişəm, bu uşaqlar mənim yaxşı yoldaşlarımdır, mənə çox kömək etdilər.

– Nə fikirdəsiniz, karyeranızda ən güclü zərbələrlə qarşılaşmalı olacaqsınız?

– Tailandda Lumphini stadionunda (Muay tay döyüşlərinin keçirildiyi məşhur arena) Muay tay çempionları ilə döyüşmüşəm və düşünmürəm ki, kimsə mənə bu stadionun çempionlarından daha sərt yumruq və təpiklər endirsin. Karyeramda bir çox belə sərt döyüşüm olub.

– Qəfəsdəki ilk texniki hərəkəti əvvəlcədən nə qədər proqnozlaşdırmaq olar? Yəni siz Geyci ilə qəfəsə daxil olandan sonra ilk həyata keçirəcəyiniz fəndi və ya quracağınız kombinasiyanı əvvəlcədən hesablayırsınız?

– Yox… əlbəttə ki, yox. Əlbəttə, plan olur, amma döyüşün gedişatı dağ çayını xatırladır. İlk və onun ardınca baş verən kontaktlar spontan baş verir. Siz, sadəcə, avtomatik reaksiya verirsiniz.

– Əgər mən sizin fanatınız olsaydım, Geycinin qarşılaşdığı titullu idmançıları nəzərə alıb çox narahat olardım. O, Maykl Çendler, Həbib Nurməhəmmədov, Dastin Porye, Toni Fergüson, Donald Serrone kimi çempionlarla qarşılaşıb. Sizin rəqibləriniz isə Rafael Dos Anyos və adları məşhur olmayan digər idmançılardır. Üstəlik, sanki sizin kiçik əlcəklərlə bu qədər sərt zərbələr endirə bilən rəqibiniz olmayıb.

– Bukmeyker kontorları sizin aşkar favorit olduğunuzu göstərir, bu sizə təəccüblü gəlir?

– Mən sizin dediyiniz kimi, açıq-aşkar favorit olduğumu bilmirdim. Bu haqda ilk dəfə sizdən eşidirəm. Misal üçün, mən hesab etmirəm ki, Geyci son məğlubiyyətindən sonra zəifləyib. Mən hesab edirəm ki, o, hələ də əvvəl olduğu kimi güclüdür.

– UFC-nin orta çəki dərəcəsində çempion olan Usman Kamaru söyləyir ki, Geyci ilə sparrinqlər onun hər zaman həyəcanlanmasına səbəb olur.

– Ola bilər ki, Usman Kamaru da belə ürəyə sahibdir, məndə belə şeylərdən əsər-əlamət yoxdur.

– Müsahibələrinizdən birində qeyd etmisiniz ki, sanki içinizdə olan hansısa bir varlıq sizə məğlub olacağınızı təlqin etməyə çalışır. Siz qəfəsə doğru gedəndə o hələ də sizi narahat edir?

– Mən oktaqona doğru hərəkət edəndə bu hisslər itir. Bax hal-hazırda o öz işini görür, hərəkət etməyə, daxildən mənə nə isə deməyə çalışır.

– Son dəfə o sizə nə deyib?

– (Gülür) O hər zaman mənimlədir, dostum. O mənimlə yuxuya gedir və mənimlə oyanır, ürəyimin döyüntülərini sürətləndirir, amma bilirəm ki, o mənim daxilimdə əsas söz sahibi deyil.

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki