image-n1karobka_ads
image-123
image-v-pc9-p99fat-281-29-jpg-pagespeed-ce-kpkchv0ifabackend

Rəfiqə Axundova vəfat etdi – FOTO

Tanınmış baletmeyster, xalq artisti Rəfiqə Axundova vəfat edib.

Doğru.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Xalq artisti 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi.

Rəfiqə xanım bir çox balet əsərlərinə quruluş verərək tamaşaya hazırlayıb. Həmçinin, Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

Allah rəhmət eləsin.

DOĞRU.AZ

image-img_20240206_102546_855

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki