Prezidentin tapşırıqlarına uyğun olaraq hüquq-mühafizə orqanlarının nəzarəti gücləndirdiyi bir vaxtda, məşhur reper Face kimi tanınan İvan Dremin barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Doğru.az xəbər verir ki, Başqırdıstan Respublikası Prokurorluğu reperin xarici agent kimi vəzifələrindən yayınmaqda ittiham olunduğunu açıqlayıb.
Məlumata görə, müstəntiqlər Dreminin “xarici agent” statusu ilə bağlı qaydaları pozduğunu bildirir. O, son bir il ərzində iki dəfə cərimə edilsə də, sosial şəbəkələrdə paylaşımlarında xarici agent etiketi yerləşdirməyə davam edib.
İvan Dremin hazırda Rusiyada axtarışa verilib.
Qeyd edək ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyi onu 15 aprel 2022-ci il tarixli qərarı ilə xarici agent kimi tanımışdı.
DOĞRU.AZ




























