image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-38backend

Ronaldu “Ən-Nəsr” klubu ilə müqavilə imzaladı – RƏSMİ + FOTO

image-728x90px

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Ən-Nəsr”la müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Forvard 22 noyabr 2022-ci ildən azad agent kimi fəaliyyət göstərir. Ronaldunun son komandası “Mançester Yunayted” olub. O, jurnalist Pirs Morqanla qalmaqallı müsahibəsindən sonra ingilis komandasını tərk edib. Futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Portal Transfermarkt” hücumçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki