ABŞ-ın dövlət katibi Marko Rubio Belarusun əvvəllər saxlanılan amerikalını azad etdiyini açıqlayıb.
“Belarus qeyri-qanuni həbs edilən daha bir ABŞ vətəndaşını azad edib. “Heç bir prezident xaricdə amerikalıların təhlükəsizliyini təmin etmək üçün bu qədər və tez iş görməyib”, – o, X sosial şəbəkəsində yazıb.
Mart ayında sərhədi pozmuş bir amerikalı Belarusda boş vaqonda tapıldı.
DOĞRU.AZ