image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_1354299050-pic_32ratio_900x600-900x600-63772backend

Rumıniya martın 31-dən ruslara Şengen kartlarını verəcək

image-728x90px

Rumıniya martın 31-də ilk dəfə olaraq Rusiya Federasiyası vətəndaşlarına Şengen vizalarının verilməsinə başlayacaq.

Bu barədə Buxarestdən müvafiq dəqiqləşdirmələr aldıqdan sonra Rumıniyanın Moskvadakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəliyin bəyanatına görə, 2024-cü il martın 31-dən Rusiya Federasiyası vətəndaşları üçün vahid (Şengen) vizaları veriləcək. Bu vizalar istənilən 180 günlük müddət ərzində 90 günə qədər Şengen zonasına daxil olmağa imkan verəcək. Moskva, Sankt-Peterburq və Rostov-na-Donu daxil olmaqla Rusiya Federasiyasındakı bütün Rumıniya konsulluq idarələri Şengen vizaları üçün müraciətləri qəbul edəcək.

Turistlər 31 mart 2024-cü il tarixinədək verilmiş Rumıniya vizalarından yalnız Rumıniyaya səyahət üçün və Aİ-nin 565/2014 saylı Qərarının müddəalarına uyğun olaraq istifadə edə biləcəklər. Məsələn, çoxdəfəlik giriş vizası sahibləri Rumıniya, Bolqarıstan və Kiprə səfər edə biləcəklər.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki