Rumıniya və Macarıstanda iki neft emalı zavodunda 24 saat ərzində partlayışlar və yanğınlar qeydə alınıb.
Doğru.az xəbər verir ki, oktyabrın 20-də axşam saatlarında Macarıstanda MOL neft emalı zavodunda yanğın baş verib.
“Magyar Nemzet” qəzetinin məlumatına görə, hadisə zamanı ölən və yaralanan olmayıb, səbəblər araşdırılır.
Eyni gün Rumıniyanın Ployeşti şəhərində neft emalı zavodunda partlayış baş verib. RBC-nin məlumatına görə, burada bir nəfər yaralanıb.
Hər iki zavod Rusiya neftindən istifadə edirdi. MOL-un zavodları xam nefti Drujba kəmərinin cənub qolu vasitəsilə qəbul edir. Rumıniyada partlayış baş verən obyekt isə Rusiya LUKOIL şirkətinə məxsusdur. “Petrotel-LUKOIL” zavodunun mətbuat xidmətindən RBC-yə bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
DOĞRU.AZ