image-2000x150px
image-123
image-ads_atlas
image-file1109backend

“Rusiya Qarabağda münaqişənin dayandırılmasında vacib rol oynayıb” – Putin

image-728x90px
“Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya geniş dövlətlərarası əməkdaşlıq üçün açıqdır və BMT çərçivəsində və qlobal məsələlərdə əsas rolun qorunması və gücləndirilməsinin tərəfdarıdır. Putin həmçinin qeyd edib ki, Moskva regional münaqişələrin həllinə kömək etməyə çalışır.

“Artıq Suriyadakı vəziyyəti sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etmişik. Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı münaqişənin dayandırılmasında da vacib rol oynayıb”,- deyə V. Putin sözlərinə əlavə edib.

Rusiya lideri qeyd edib ki, Moskva Asiya, Latın Amerikası ölkələrinin mütləq əksəriyyəti və bir çox Avropa ölkəsi ilə qarşılıqlı hörmət əsasında əlaqələr qurmağa davam edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki