image-2000x150px
image-123
image-ads_atlas
image-4167e5fa-b14b-3403-bc52-bd5e640ef092_850backend

Rusiya Ukraynada hər birinə milyonlarla dollar xərclənən minə yaxın hərbçi itirib

image-728x90px

Rusiya Silahlı Qüvvələri Ukrayna müharibəsində 6 ay ərzində hazırlığına milyonlarla dollar xərclənmiş, illər sərf olunmuş minə yaxın hərbçi itirib.

Bu barədə BBC-nin hazırladığı məqalədə qeyd olunub.

Məlumata görə, Qərb və Rusiya ekspertlərinin dəyərləndirməsinə əsasən, Rusiyanın ümumqoşun hissələrinin hücuma hazır olmadığı aşkarlanıb. Bu səbəbdən, adətən, piyadaların qarşısında qoyulan tapşırıqları xüsusi təyinatlıları və desantlar icra edib.

Bildirilib ki, Rusiya Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlılarının 151 hərbçisi Ukraynadakı müharibədə ölüb. Onların 22 faizi müxtəlif rütbəli zabitdir. Müharibədə RF-nin xüsusi təyinatlı 22-ci briqadasının 4 taborunun komandirləri də daxil olmaqla 30-a yaxın hərbçi ölüb.

Tatarıstanın paytaxtı Kazanda yerləşən “Bars” 25-ci xüsusi təyinatlı dəstənin şəxsi heyəti ikisi zabit olmaqla 10 hərbçi itirib. Bildirilib ki, Çeçenistandakı 10 illik müharibədə Rusiya bu qədər itki vermişdi.

Sentyabrın 1-nə olan məlumata əsasən, Ukraynaya müdaxilə nəticəsində 67 rusiyalı hərbi təyyarəçi (şturman və mexaniklər də daxil olmaqla) ölüb. Məlumata görə, bunlar xüsusi itkilər sayılır. Pilot-snayperin hazırlanması 15-17 il vaxt aparır və onların hər birinə 12-14 milyon dollar xərclənir.

Xüsusi təyinatlıların dəqiq sayı məxfi saxlanılır. Bildirilib ki, Ukraynada müharibə nəticəsində ölən xüsusi təyinatlıların da sayı tam açıqlanmır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki