Beynəlxalq ictimaiyyət İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu dərhal pisləməlidir, bu beynəlxalq hüququn pozulması qətiyyən yolverilməzdir və dərhal dayandırılmasını tələb edir. RİA Novosti bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Biz ondan çıxış edirik ki, İsrailin bu cür təcavüzkar hərəkətləri qətiyyən qəbuledilməzdir və dayandırılmalıdır. Biz beynəlxalq birliyin bütün məsul üzvlərinin bu hərəkətlərə dəqiq müəyyən edilmiş mövqe və müvafiq hüquqi qiymət verməsini zəruri hesab edirik”, – deyə idarədən bildirilib.
Onlar İsrail hakimiyyətini Suriya və digər dövlətlər ərazisində bütün region üçün təhlükə yaradan təxribat xarakterli hərbi əməliyyatlardan əl çəkməyə çağırıblar.
Mənbə: RİA Novosti