Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Rusiyanın yüngül çoxməqsədli “Baykal” təyyarəsinin ilk uçuşu tezliklə baş tutacaq.
Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, hazırda sertifikatlaşdırma sınaqları aparılır və VK-800 mühərrikli təyyarənin ilk uçuşu yaxın vaxtlarda gözlənilir.
May ayında Nazirlik sınaq pilotlarının rəyini nəzərə alaraq Baykal təyyarəsinin, onun mühərrikinin və pərlərinin dəyişdiriləcəyini açıqlamışdı.
Bu ilin martında isə Nazir Anton Əlixanov Baykal yüngül təyyarəsinin üç prototipinin istehsalını elan edib.
Təyyarənin qiymətinin idxal olunan analoqlardan daha aşağı olacağı gözlənilir.
DOĞRU.AZ




























