image-ads_n1karobka_mobile
image-df82c96a4b8e2585957c805d20574872backend

Rusiyada “HonKonq” qripi aşkarlanıb

Rusiyada “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu aşkar edilib.

Bu barədə Rusiya İstehlakçılarının Hüquqlarını Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətin rəisi Anna Popova idarənin kollegiyasının iclasında bildirib.

Onun sözlərinə görə, virus ötən həftə Misirdən gələn şəxsdə aşkarlanıb: “Hələlik Rusiya ərazisində başqa qrip virusu yoxdur. Buna görə də, diqqətlə fəaliyyət planı hazırlamaq üçün vaxtımız var”.

Qeyd edək ki, “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu 1968-ci ildə yayılıb. Pandemiya dönəmində sərt karantin tədbirləri seçilməyib. Bəzi ölkələrdə yoluxmanı önləmək üçün üz maskaları istifadə edilib. Ümumilikdə, bu virusdan 1 milyondan çox adamın öldüyü bildirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki