image-2000x150px
image-123
image-ads_atlas
image-itki-2backend

Rusiyanın canlı qüvvə itkisi: 20 minin 5 mini muzludur – “Nyu York Tayms”

image-728x90px

Rusiyanın Ukraynadakı gündəlik canlı qüvvə itkisi azı 500 nəfər təşkil edir.

 Bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, şərq cəbhəsində Rusiya hərbçilərinin hərəkət tempi ABŞ-ın reaktiv yaylım atəş sistemlərinin gəlməsi ilə səngiyib və bu, Ukrayna qoşunlarına bəzi əraziləri geri qaytarmağa imkan verib.

“Rusların altı aydan az müddətdə 70-80 min itki verdiyini əminliklə demək olar. Onlar son bir neçə həftə ərzində çox olmasa da, şərqdə müəyyən irəliləyiş əldə ediblər, lakin bu, Ukrayna ordusunun nə qədər yaxşı döyüşdüyünü göstərir və aldıqları yardıma görə Rusiya ordusuna irəliləmək çox baha başa gəlir”, – qəzet ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavininə istinadla qeyd edib.

Nəşr iki amerikalı məmura istinadla yazıb ki, itkilərin 20 minini ölənlər, qalanını yaralılar təşkil edir. Ölənlər arasında “Vaqner” muzdlularının sayı 5 mindir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki