image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-06-19t184858z_1178234048_rc2im1am3idh_rtrmadp_3_france-defence-ministers-pic_32ratio_900x600-900x600-89637backend

Rusiyanın Makrona qarşı planı ABŞ-da “ifşa olundu”

image-728x90px

İddialara görə, Rusiya Fransa prezidenti Emmanuel Makronu avantürist və Rusiya Federasiyası ilə Qərb arasında münaqişənin gərginləşməsinin təşəbbüskarı kimi qələmə verərək onu gözdən salmaq planlarını həyata keçirib.

Bu barədə Kremlin daxili sənədini əldə etdiyi iddia edilən Amerikanın Wall Street Journal (WSJ) nəşri yazır.

“Sənəddə deyilir ki, kampaniya Makronu Qərblə Rusiya arasında hərbi qarşıdurmaya səbəb ola biləcək macəraçı kimi təsvir etmək məqsədi daşımalıdır”, – WSJ bildirib.

Fevralın sonunda Makron NATO əsgərlərinin Ukraynaya göndərilməsinə icazə verib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib. Onun sözlərinə görə, indi Kiyevə kömək etmək üçün “artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur”.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki