Rusiya Federasiyası ilə Yaponiya arasında “sülh müqaviləsi”nin müzakirəsi indiki mərhələdə mümkün deyil.
Bu barədə Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev müsahibəsində bildirib.
“Yaponiya ilə ikitərəfli münasibətlərdə indiki soyuqlaşma dövrü başlamazdan əvvəl biz konkret olaraq sülh, mehriban qonşuluq və əməkdaşlıq haqqında sazişdən danışırdıq”, – diplomat qeyd edib.
Eyni zamanda, Nozdryovun fikrincə, bu mürəkkəb sənədi “sülh müqaviləsi” adlandırmaq düzgün deyil. Əslində, onun məqsədi Moskva və Tokio arasında uzunmüddətli münasibətlərin inkişafının əsasını və çərçivəsini müəyyən etməkdir və özü də “ikitərəfli münasibətlərin bütün əsas sahələrini” əhatə edir.
Lakin Yaponiya tərəfi hazırda Rusiya Federasiyasına qarşı düşmənçilik siyasəti aparır. Səfir bu səbəbdən sözügedən sənədin müzakirəsi və imzalanmasından söhbət gedə bilməz”, – deyə səfir yekunlaşdırıb.
Mənbə: TASS