image-2000x150px
image-123
image-ads_atlas
image-saakasvilibackend

Saakaşvilinin klinikada məhkəməsi baş tutmadı

image-728x90px

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin məhkəməsi “Vivamedi” klinikasında növbəti dəfə təxirə salınıb.

Sabiq prezidentin dövlət sərhədini qanunsuz keçməsi işi üzrə məhkəməsi onun səhhətində problemlər olması əsas gətirilərək təxirə salınıb.

Onun vəkili Şota Tutberidze bildirib ki, M.Saakaşvilinin səhhəti o dərəcədə pisləşib ki, həkimlər diaqnoz qoymaqda çətinlik çəkiblər.

Məlumat üçün bildirək ki, Saakaşvili həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar 12 may tarixindən Tbilisidəki “Vivamedi” klinikasında müalicə alır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki