Sabah Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir.
Doğru.az xəbər verir ki, sinoptiklərin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı, hava şəraitinin arabir yağıntılı olacağı proqnozlaşdırılır.
Rayonlarda isə əsasən qar yağacağı, bəzi dağlıq və dağətəyi ərazilərdə yağıntının intensivləşəcəyi bildirilir. Ayrı-ayrı bölgələrdə yolların buz bağlama ehtimalı var.
Sürücülərə və piyadalara ehtiyatlı olmaları tövsiyə edilir.
DOĞRU.AZ




























