Tayvanın Tzu Chi Universitetinin alimləri aşkar ediblər ki, ağız boşluğunda olan bakteriyaların zəngin müxtəlifliyi yaşlı insanlarda yüksək koqnitiv performans və yaxşı beyin sağlamlığı ilə əlaqələndirilir.
Tədqiqatın nəticələri The Journal of Nutrition, Health, and Aging (JNHA) jurnalında dərc olunub.
Araşdırmada 60-69 yaş arası insanlar iştirak edib. Əvvəlcə alimlər iştirakçılar haqqında məlumat toplayıblar – onların bədən kütləsi indeksi, etnik mənsubiyyəti, təhsil səviyyəsi, sosial vəziyyəti, alkoqol istehlakı, siqaret çəkmə vəziyyəti, fiziki aktivlik səviyyəsi, şəkərli diabet və hipertoniya xəstəliyi qeyd edilib.
Daha sonra tədqiqatçılar könüllülərin ağızlarının mikrob müxtəlifliyini iştirakçıların əvvəlcə ağızlarını yaxaladıqları xüsusi mayenin nümunələrindəki bakteriyaların laboratoriya analizi ilə qiymətləndiriblər. Üçüncü mərhələdə subyektlərin idrak qabiliyyətləri qiymətləndirilib – onlar yaddaş, diqqət və nitqin səlisliyi üçün xüsusi testlərdən keçiblər. Təkrar sınaq tədqiqatın başlanmasından bir il sonra həyata keçirildi.
Mənbə: haberler.com